Şifrənizi unudarsınızsa, login pəncərəsində "Şifrəmi unutdum" linkini seçirsiniz. Şifrənizi dəyişmək üçün link elektron məktub vasitəsi ilə müraciətinizdə göstərdiyiniz e-poçt ünvanına göndəriləcəkdir. Bu linkə daxil olub şifrənizi dəyişdikdən sonra, şifrənizin uğurla dəyişdiyini göstərən təsdiq mesajı alacaqsınız.
Əgər Siz elektron məktub vasitəsilə şifrənizi dəyişmək üçün link almamısınızsa, o zaman spam/lazımsız fayllar qovluğunuzu və elektron poçt hesabınızın ayarlarını yoxlayın. Əmin olun ki, no-reply@uefa.com ünvanından göndərilən elektron mesajları ala bilirsiniz, çünki Sizin e-poçt provayderiniz müvafiq elektron mesajı blok etmiş ola bilər.